Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:57

Putin: "Dünya ölkələri Suriya məsələsində düzgün yoldadır"


 Vladimir Putin
Vladimir Putin
“Dünya ölkələri Suriyada kimyəvi silahların ləğvində düzgün yoldadılar”.Bunu Rusiya prezidenti Vladimir Putin deyib.O qeyd edib ki, əgər aparıcı dünya ölkələri bu yöndə əməkdaşlığı davam etdirsələr, güc tətbiq edilməsi və itkilərin artmasına ehtiyac olmayacaq.

Suriyadakı kimyəvi silahların ləğvini Rusiya təklif edib və ABŞ bununla razılaşıb.
Bu təklifi Suriya hökuməti də qəbul edib.

ABŞ Suriya rejimini avqustun 21-də Dəməşq ətrafında gedən döyüşlərdə kimyəvi silah işlətməkdə günahlandırır. Suriya hökuməti ittihamı rədd edir.
XS
SM
MD
LG