Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:26

Təxminən 200 min Moldova vətəndaşı Rusiyayadan çıxarılacaq


Foto arxiv
Foto arxiv
Təxminən 200 min Moldova vətəndaşının Rusiyaya girişi qadağan ediləcək.

Rusiya Federal Miqrasiya Xidmətinin Kommersant qəzetinin Moldova nəşrinə verdiyi məlumata görə, söhbət miqrasiya haqqında Rusiya qanunları pozanlardan gedir.Xidmətin mətbuat katibi Zalina Kornilova bildirib ki, Rusiyadan çıxanda onların sənədlərinə xüsusi qeydlər qoyulacaq.

Rusiyadakı Moldova diasporunun rəhbəri Aleksandr Kalinin ötən həftə xəbərdarlıq edib ki, Moldovadan olan miqrantların kütləvi deprtasiyası gözlənilir.

Moldova Rusiyanın rəhbərlik etdiyi gömrek ittifaqına qoşulmaqdan imtina etdikdən sonra iki ölkə arasındakı münasibətlər soyuqlaşıb.
XS
SM
MD
LG