Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Aprel, Cümə, Bakı vaxtı 05:42

Respublikanın bir neçə rayonu qazsız qalacaq



Oktyabrın 1-də “Dəliməmmədli”, “Sabunçu ümumi”, “Sahil-2” və “Xaçmaz AQPS” ölçü qovşaqlarından təbii qaz təchizatı dayandırılacaq.

Beləliklə, respublikanın bir neçə rayonu qazsız qalacaq.

Bu barədə Azəriqaz İstehsalat Birliyi məlumat yayıb. Qaz təhcizatının dayandırılması təmir işləri ilə əlaqədardır.

Təmir müddətində Xaçmaza, Goranboyun bir hissəsinə, Bakının Sabunçu rayonunun bəzi ərazilərinə, Mərdəkan və Şüvəlan qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.
XS
SM
MD
LG