Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 14:21

Nicat Məmmədovun kitabı Moskvada çap edildi


-

Bu günlərdə rusdilli Azərbaycan yazıçısı Nicat Məmmədovun Moskvada kitabı çapdan çıxıb.

Kitab “Место встречи повсюду” adlanır və “Russkiy Qulliver” nəşriyyatının poetik seriyaları çərçivəsində işıq üzü görüb.

Kitabda yazıçının 2007-2012-ci illər arasında yazdığı - 20 şeiri, 10 essesi, iki müsahibəsi toplanıb.

Nicat Məmmədov 1982-ci ildə Bakıda doğulub. İndiyə qədər “Струение. Axın. Streaming” (2010), “Карта языка” (2010) kitabları çap olunub. Rusiyada çıxan “NLO”, “Novaya yunost”, “İnterpoeziya”, “Qvideon”, “Drujba narodov”, “Deti Ra” kimi dərgilərində tez-tez esseləri və şeirləri çap olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG