Keçid linkləri

2017, 20 Oktyabr, Cümə, Bakı vaxtı 12:45

Oqtay Gülalıyev oğlunun təhqir edildiyini deyir


-

“Nə mən, nə də həyat yoldaşım evdə deyilik. Bundan istifadə edən Xətai rayon polis idarəsinin 15-ə yaxın əməkdaşı evə girib. Valideynlərinin iştirakı olmadan yaralı vəziyyətdə olan Əlidən ifadə alırlar.

Məcbur edirlər ki, boynuna götürsün ki, hadisəni başqa adam törədib. O da deyib ki, axı həmin adam hadisədə iştirak etməyib. Polislər Əlini vurub, təhqir ediblər”.

​Bunu Kür Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev AzadlıqRadiosuna bildirib.

Onun sözlərinə görə, hazırda polislər evdən çıxmır, yanlarında təkcə qoca nənələri olan yeniyetmə qardaşlar qorxu içindədirlər.
Oqtay Gülalıyev
Oqtay Gülalıyev

“Əslində polislər dünən bizdə olub, 3 dəfə ifadə alıblar. Gecə saat 1-də bizdən gediblər. Özləri də bilirlər ki, evdə yoxam”.

Xətai rayon polis idarəsinin 37-ci polis bölməsindən bildirdilər ki, onlarda bu haqda məlumat yoxdur.

Daxili İşlər Nazirliyindən isə deyiblər ki, məsələ araşdırılır.

Sentyabrın 24-də Oqtay Gülalıyevin 16 yaşlı oğlu Əli Gülalıyevi 3-4 nəfər döyüb. Sonra isə o bıçaqlanıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG