Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 05:02
BMT-nin Suriyada araşdırma aparan ekspertlər qrupu Beyruta gedib. Ekspertlər işi davam etdirmək üçün ordan Suriyaya yollanacaq. Bu barədə Associated Press agentliyi Livan hava limanının nümayəndələrinə istinadla xəbər verir.

Məqsəd Suriyada gedən vətəndaş müharibəsində kimyəvi silah işlədilməsi ilə bağlı məlumatı dəqiqləşdirməkdir.

Ekspertlərin bundan əvvəlki hesabatında bu ilin avqustunda Dəməşq ətrafında zəhərli zarin qazından istifadə edildiyi bildirilir.

ABŞ və onun müttəfiqləri hesab edir ki, bunu Suriyanın hökümət qüvvələri tətbiq edib. Suriya rejimi ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG