Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:45

Gürcüstanda prezident seçkisinə 23 namizəd qeydə alınıb


Gürcüstanda president seçkilərinə 23 namizəd qeydə alınıb. Bunu MSK elan edib. MSK-nın sözçüsü Azarashvili deyib ki, iddiaçılardan 54 müraciət qəbul olunmuşdu, bunlardan 31-I texniki səbəblərdən rədd olundu.

Oktyabrın 27-dəki prezident seçkilərində iki əsas namizəd var: baş nazir İvanishvilinin Gürcü Arzusu koalisiyasından Giorgi Margvelashvili və indiki prezident Saakashvilinin Birləşmiş Milli Hərəkatından keçmiş parlament sədri David Bakradze.

ATƏT seçkiyə 300 müşahidəçi göndərməlidir.
XS
SM
MD
LG