Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 08:06

Pakistanda xristianlar ölkə boyu etiraza qalxıb


Pakistanda xristianlar ölkə boyu etirazlara qalxıb. Xristianlar bazar günü kilsədə ikiqat intiharçı hücumu ilə onlarla xristianın ölməyinə etiraz edir.

Bazar ertəsi qəzəblənmiş xristianlar Pakistanda yolları kəsiblər.

Kilsədə ölənlərin sayı son məlumata görə, 81-dir. 130 adam yaralanıb.

Hücumua görə məsuliyyəti Junood ul-Hifsa təşkilatı öz üzərinə götürüb. Təşkilatın bəyanatında deyilir ki, o, bununla ABŞ-ın pilotsuz təyyarələrinin Taliban mövqelərini bombalamasına etirazını bildirir.

Pakistanın 180 milyonluq əhalisinin 2 faizi xristiandır.
XS
SM
MD
LG