Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 16:13

Gədəbəyə 4 milyon manat ayrıldı


-
İlham Əliyev prezidentin ehtiyat fondundan Gədəbəy rayon icra hakimiyyətinə 4 milyon manat ayrılması barədə sərəncam verib.

Ayrılan vəsaitin 2 milyonu Gədəbəy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsinə, 2 milyonu da 11 yaşayış məntəqəsini birləşdirən Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisinə sərf olunacaq.
XS
SM
MD
LG