Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:02

«Azərsu»nun Balaxanıda çəkdiyi su xətləri sıradan çıxır


Astarada yol tikintisi
Astarada yol tikintisi
-
«MDB-DƏ ƏN KEYFİYYƏTLİ YOLLAR AZƏRBAYCANDADIR»

Keçmiş sovet respublikaları arasında ən yaxşı yollar Azərbaycandadır. Bu haqda Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə «Dünya Rəqabətlilik Hesabatı»na istinadən «Exo» qəzeti yazır:

«Azərbaycan nəqliyyat infrastrukturunun keyfiyyətinə görə 4.5 balla 148 ölkə arasında 59-cu yeri tutub. Yolların keyfiyyətinə görə isə 4 balla 67-ci yeri tutub».

İNTERNAT MƏKTƏBLƏRİ VAHİD MƏRKƏZDƏN QİDALANACAQ

Təhsil Nazirliyinin tabeliyində olan internat məktəbləri, lisey və gimnaziyalarda qidalanmanın təşkilinin vahid mərkəzdən idarə edilməsinə başlayıb. Anspress-in yazdığına görə, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib:

«Nazirliyin tabeliyindəki xüsusi internat məktəbləri üçün müvafiq diyetik menyular hazırlanıb. Menyulara xəstəliklərin nozoloji formasına, gedişinə, ağırlıq dərəcəsinə, remissiya və ya residiv dövrlərinə uyğun fərdi dəyişikliklər edilib».

«Şahdəniz»
«Şahdəniz»
«AZƏRBAYCANIN MƏNFƏƏTİ 80 MİLYARD DOLLAR PROQNOZLAŞDIRILIR»

«Bizim yol» qəzeti yazır ki, Azərbaycan Dövlət Neft Şirkəti «Şahdəniz» yatağından çıxan qazı 9 ölkənin şirkətinə satacaq:

«ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, «Şahdəniz» Mərhələ -2-dən hasil olunan qazın ixracından əldə olunan gəlirlərin həcmi təqribən 200 milyard dollar təşkil edəcək».

200 milyard dollarlıq gəlirdən Azərbaycana nə qədər pay düşəcəyinə gəldikdə, qəzet bunun qazın qiymətindən asılı olduğunu yazır:

«Gəlirin məbləği qazın qiymətindən asılıdır. 180 milyard da ola bilər, 200 milyard da. Azərbaycanın mənfəəti isə təqribən 80 milyard dollar ətrafında proqnozlaşdırılır».

«AZƏRSU»NUN BALAXANIDA ÇƏKDİYİ SU XƏTLƏRİ SIRADAN ÇIXIR

«Yeni Müsavat» «Azərsu»nun Balaxanıda çəkdiyi su xətlərinin sıradan çıxdığını yazır:
Bayram Səfərov
Bayram Səfərov

«Kənd sakinləri etiraz edir ki, kəmərlər keyfiyyətsizdir, işi keyfiyyətsiz görüblər. İçməli su küçələrə axır, biz yenidən xəttə qayıdan çirkli su içirik».

MƏCBURİ KÖÇKÜNLƏR HARADA SƏS VERƏCƏK?

Dağlıq Qarabağın azərbaycanlı əhalisi üçün iki seçki dairəsi fəaliyyət göstərir. Bunu yap.org.az-a «Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov deyib:

«Bunlardan biri 122 saylı Xankəndi seçki dairəsidir ki, 13 məntəqəsi var və 4 min nəfərə yaxın seçicisi var. Digəri isə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsidir ki, Nizami rayonu ərazisində yerləşir. Bu dairənin 76 məntəqəsi mövcuddur. 43 min nəfərə yaxın seçicisi olan bu dairənin 39 məntəqəsi Şuşa rayonuna aiddir. Ümumilikdə dairənin 18 məntəqəsi Bakı şəhərində, digərləri isə bölgələrdə yerləşir».

Elçin Sadıqov
Elçin Sadıqov
VƏKİLİ JURNALİSTLƏ GÖRÜŞƏ BURAXILMAYIB

«Azadlıq» qəzeti yazır ki, vəkil Elçin Sadıqov müdafiə etdiyi Pərviz Həşimli ilə görüşə buraxılmayıb.

Səbəb kimi Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına məktub göndərilmədiyi əsas gətirilib.

Vəkil isə bunu əsasız sayır:

«Bu tam qanunsuzdur. Çünki Pərviz Həşimlinin vəkili olmağım barədə məhkəmə qərarı var. Pərviz Həşimli barədə həbs qətimkan tədbirinin seçilməsi barədə qərarda mən onun vəkili göstərilmişəm».

«Bizim yol» qəzetinin müxbiri Pərviz Həşimli sentyabrın 17-də həbs edilib. Milli Təhlükəsizlik Nazirliyinin yaydığı məlumatda ona qarşı Cinayət Məcəlləsinin odlu silah və döyüş sursatı qaçaqmalçılığı, döyüş sursatı əldə etmə, saxlama ittihamı irəli sürüldüyü bildirilir. Məhkəmə barəsində 2 aylıq həbs qərarı çıxarıb.

QALMAQALLI DEBAT MSK-NIN MƏTBUAT QRUPUNDA MÜZAKİRƏ OLUNUB

Sentyabrın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdindəki Mətbuat Qrupunda qalmaqallı debat və Qafqaz Müsəlmanları İdarəsinin İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə qərarı müzakirə olunub.
Teledebat
Teledebat

«Yeni Müsavat»ın yazdığına görə, MSK üzvü Almaz Qəhrəmanlı deyib ki, dindarların belə bir qərar verməsi və çağırışla çıxış etməsi qanunaziddir, həm də Seçki Məcəlləsinin pozulmasıdır.

Qrupun rəhbəri Azər Tağıyev Cəmil Həsənli ilə Hafiz Hacıyev arasında yaranan insidentə toxunub. O, seçki məsələsinə aid olmayan məqamların – ailə məsələlərinin qabardılmasını yolverilməz adlandırıb.

MSK üzvü Fuad Cavadov bildirib ki, fəaliyyətdə olan prezident İlham Əliyevin hüquqlarının qorunması qanunun tələbidir. Onun dediyinə görə, Ədliyyə Nazirliyinin tam haqqı var ki, bu faktla bağlı məhkəməyə müraciət etsin və günahkar cəzalandırılsın.

Almaz Qəhrəmanlı isə debatda bu cür xoşagəlməz halın yaranmasını təhrikedici halın mövcudluğu ilə əsaslandırıb:

«İlk yanlış yanaşma birinci debatda Əli Əhmədovun Cəmil Həsənlinin əlilliyinin qabardılması olub. İkinci debatda baş verən olay isə digər namizədlərin təhrikedici ifadələri buna səbəb olub. Cəmil Həsənlinin üzərinə təhqirli ifadələr işlətmək debatda qarşıdurmaya səbəb olub. Hesab edirəm ki, təhqir edən, təhrik edən, təhqir olunan araşdırılmalıdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG