Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:25

Türkiyəli pianoçu küfrə görə yenə 10 ay şərti həbs cəzası aldı


İstanbul məhkəməsi yenidən dünya şöhrətli pianoçu Fazil Sayı 10 aylıq şərti cəzaya məhkum edib.

Sayın iştirak etmədiyi məhkəmə ona iki il sınaq vaxtı qoyub.

Aprel ayında İstanbul məhkəməsi Sayı eyni cəzaya məhkum etmişdi. Avropa Birliyi bundan narahatlıq bildirəndən sonra İstanbulun appelyasiya məhkəməsi prosedura qaydalarının pozulmasını əsas gətirib, işi yenidən məhkəməyə göndərmişdi.

Say internetdə yazdığı twitlərə görə küfrdə ittiham olunur. O, məsələn yazırdı ki, “təlxəklər, oğrular Allahçıdırlar”.

O həmçinin hesab edir ki, hakim AK partiya gizli islamçı məqsədlərini reallaşdırır.
XS
SM
MD
LG