Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 23:18

Əli İnsanov: "Cəmil Həsənlinin namizədliyini dəstəkləyirəm"


Sabiq Səhiyyə naziri Əli İnsanov

Həbsdə olan sabiq Səhiyyə naziri Əli İnsanov Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəkləməsi barədə bəyanat yayıb.

Bu barədə Bizimyol.info-ya onun vəkili Toğrul Babayev məlumat verib.

Bəyanatda deyilir:

"Azərbaycanda 9 oktyabrda keçiriləcək prezident seçkilərində Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi, xalqımızın böyük ziyalısı, 1990-cı ildən tanıdığım professor Cəmil Həsənlinin namizədliyini dəstəkləyirəm”.

Əli İnsanov 2005-ci ildə həbs edilib.

O, dövlət vəsaitlərini mənimsəməkdə və qanunsuz özəlləşdirilmənin təşkilində ittiham olunub. 2007-ci ilin aprelində əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG