Keçid linkləri

2017, 30 May, çərşənbə axşamı, Bakı vaxtı 05:30

Şəmkir Mərkəzi Xəstəxanasının tikintisinə 3 milyon manat ayrılıb


Arxiv foto
-
Şəmkir şəhərində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün 2013-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.
Bundan başqa Azərbaycan prezidenti İlham Əliyev Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamla, Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şəmkir Rayon İcra Hakimiyyətinə 2 milyon manat ayrılıb.
XS
SM
MD
LG