Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:44

İlqar Məmmədovun topladığı imzalar yenidən yoxlanacaq


-
Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində REAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun şikayətinə baxılıb.

MSK onun prezidentliyə namizədliyinin müdafiəsi üçün kifayət qədər imzanın toplanmadığı (minimum 40 min imza tələb olunur) bəyan etmişdi. İlqar Məmmədov bu qərardan şikayət vermişdi.

AzadlıqRadiosunun müxbiri məlumat verir ki, məhkəmə prosesi açıq keçib. İlqar Məmmədov məhkəməyə gətirilib. Prosesdə MSK-nın nümayəndəsi Rövşən İbrahimov da iştirak edib.

İlqar Məmmədovun vəkili Xalid Bağırov AzadlıqRadiosuna bildirib ki, hakim ekspertiza rəyinin təyin edilməsi haqda qərar çıxarıb.

“Məhkəmə qərar verib ki, imzaların yenidən yoxlanılması üçün ekspertiza yaradılsın"

İlqar Məmmədov yanvarın 23-24-də İsmayıllıda iğtişaşlar təşkil etməkdə ittiham olunur. Müdafiə tərəfi ittihamların qurama olduğunu bildirir.

O, Bakı İstintaq Təcridxanasında saxlanılır.
XS
SM
MD
LG