Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:52

R. Morningstar: «Azad medianın dəyərini bilməliyik...»


ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar
ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar
-
«Xədicə İsmayılovanın dediyi hər şeylə razı olmaya bilərsiniz...»- bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar «Seçki prosesində media etikası» mövzulu tədbirdə bildirib.
«Bu problemlər həmişə olmasa da, Azərbaycanda çox tez-tez baş verir. Azərbaycanın cəsur jurnalistləri beynəlxalq standartlara uyğun materiallar hazırlayır. Həmin materiallarda hökumət tənqid olunur. Bu isə jurnalistlərə qarşı təzyiqə gətirib çıxarır».

Xədicə

ARAYIŞ


AzadlıqRadiosunun Azərbaycan xidməti ilə əməkdaşlıq edən Xədicə İsmayılova 2012-ci ilin martında ilk dəfə şantajla üzləşib. Jurnalistin qaldığı mənzildə gizli quraşdırılmış videomüşahidə qurğuları ilə çəkilən intim görüntüləri hökumət yönlü internet saytlarda yayılmış, ardınca da rəsmi mediada həmin videoya dair təbliğat aparılmışdı.

Hökumət rəsmiləri bu hadisənin araşdırılacağına söz veriblər. Xədicə İsmayılova bildirir ki, müstəntiqlər yalnız onun dostlarını, ailə üzvlərini potensial şübhəlilər kimi dindirib və başqa heç bir tədbir görülməyib.

Səfir «AzadlıqRadiosu»nun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı aparılan qara piardan narahat olduğunu da bildirib:
«Xədicə İsmayılovanın dediyi hər şeylə razı olmaya bilərsiniz, amma bu, azad medianın dəyəridir. Mən də Xədicə İsmayılovanın dediyi hər şeylə razı deyiləm. Bununla belə, biz azad medianın dəyərini bilməliyik. Belə hücumlar Azərbaycanın imicinə zərər gətirir».
Tədbirdə «Azadlıq» qəzetinin baş redaktor müavini Rahim Hacıyev səfirə belə bir sual verib: «Xədicə İsmayılova üçün atılan addımlar ona qarşı təzyiqləri daha da artırır. Olmazmı Xədicə İsmayılovanın müdafiəsini dayandırasınız ki, ona qarşı hücumlar da dayansın?»
Richard Morningstar suala belə cavab verib: «Çox təəssüf edirəm ki, jurnalistlərin hüquqlarının qorunması onlara yeni hücumlara yol açır. Bu, Xədicə İsmayılova və ya başqası da ola bilər. Amma fərdlər və hökumət öz məsuliyyətini dərk edib belə insanların müdafiəsinə qalxmalıdır. Heç bir jurnalist Xədicə İsmayılovanın yaşadığını yaşamamalıdır».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG