Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:55

Qaya zirvəsində yaşayan rahib

Gürcüstanın qərbində gözdən-könüldən uzaq bir məkanda dağların arasında 40 metr hündürlüyündə bir qayanın zirvəsində ibadətgah fəaliyyət göstərir. Xristian rahiblərin isfitadə etdikləri Katsxi Zirvəsi 15-ci əsrdə Osmanlı İmperiyasının Gürcüstana hücumundan sonra bir müddət baxımsız qalıb. Uzun illər yerli sakinlər onun xarabalıqlarına sirli bir şey kimi baxıblar. Nəhayət 1944-cü ildə dağ idmanı ustalarından biri bu qayanın zirvəsinə dırmaşaraq vaxtilə orada yaşamış rahibin sümüklərinin qalıqlarını və məbədi aşkar edib. Kommunist rejiminin süqutundan sonra əvvəllər "pis oğlan" kimi ad çıxarmış və hazırda 59 yaşında olan Maxime Qavtaradze həmin qayanın zirvəsinə dırmaşıb rahib kimi orada yaşamaq qərarına gəlib: "Gəncliyimdə içir, çəkirdim, bir dəfə həbsə də düşdüm. Sonra dostlarımla buralara çıxıb içirdik. Bizdən əvvəl burada yaşamış insanlara hörmətimiz artmağa başladı. " 1993-cü ildə Maxime sadiq xristian kimi and içərək qayanın başına dırmaşaraq birdəfəlik orada yaşamaq qərarına gəlir. İlk 2 ildə bura gətirdiyi bir köhnə soyuducunun qutusunun içində yatıb. Bundan sonra yerli dindarlarla köməkləşərək orada məbədi yeniləyib, daldalanacaq tikiblər. İndi Maxime günlərini bu qayanın başında ibadətlə keçirir. İndi bura dindarların sevimli ibadət məkanına çevrilib. Çətinə düşənlər günorta saatlarında qayanın ətrafına toplaşıb ibadət edir, Maxime-dan məsləhətlər alırlar. Amos Chapple-fotoları.

Davamı

Bölmələr

XS
SM
MD
LG