Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 10:00
Son günlər Suriyada gedən döyüşlərdə xarici ölkələrdən olan 30-dan çox mücahid həlak olub.

Bu barədə AP agentliyi mücahidlərə məxsus saytlara istinadla xəbər verir. Həlak olanlar «Nüsra Cəbhəsi»nin sıralarında döyüşürlər. Onların arasında 6 Azərbaycan vətəndaşı da var.

Qalanları isə İordaniya, Türkiyə, Səudiyyə Ərəbistanı, Əfqanıstan və Pakistan vətəndaşlarıdır.

Sentyabrın 13-də Suriyanın Hama şəhərində gedən döyüşlərdə həmçinin 5 Azərbaycan vətəndaşının öldürüldüyü bildirilir.

Avqustun əvvəllərinə olan məlumata görə, Suriyada müxtəlif qrupların tərkibində 60-dan çox azərbaycanlı vuruşub.
XS
SM
MD
LG