Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 19:04

BMT-də Suriyada kimyəvi silah işlədilməsi barədə ekspertlərin hesabatı açıqlanıb


Ake Sellstrom və Ban Ki-moon
BMT-nin müfəttişləri avqustun 21-də Suriyada uşaqlar da daxil olmaqla mülki sakinlərə qarşı kimyəvi silah işlədilməsi barədə aydın və qəti sübutlar aşkar etdiklərini bəyan ediblər.BMT-nin baş katibi Ban Kİ Moon bazar ertəsi təhlükəsialik şurasının iclasında ekspertlərin hazırladığı hesabatı təqdim edib.

Hesabata görə, avqustun ikinci yarısında Dəməşqin ətrafındakı Quta məhəlləsində əsəb sistemini pozan zarin qazlı yer-yer tipli raketlərdən istifadə edilib və nəticədə yüzlərlə insan ölüb.Amma hesabatda bu cinayəti məhz kimin törətdiyi göstərilmir.

Dəməşq bu hücumu onun törətməsi ilə bağlı ABŞ və onun müttəfiqlərinin ittihamını rədd edir.

Suriyadakı kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi barədə ABŞ və Rusiya arasında razılıq əldə olunub.Təklifi bu günlərdə Rusiya edib. Razılaşmada sonda Suriyadakı kimyəvi silahların məhv edilməsi nəzərdə tutulur.
XS
SM
MD
LG