Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:27

ABŞ, Britaniya və Fransa Suriya ilə bağlı qətnamə qəbul edilməsinə çalışırlar


Francois Hollande, John Kerry və William Hague
Francois Hollande, John Kerry və William Hague
ABŞ, Böyük Britaniya və Fransa Suriyadakı kimyəvi silahların məhv edilməsi ilə bağlı dəqiq vaxt və öhtəlik nəzərdə tutan kəskin qətnamə qəbul edilməsinə cəhd göstərirlər.

Fransa prezident aparatından verilən məlumata görə, tərəflər bazar ertəsi Parisdə keçirdikləri görüşdə artıq qətnamə layihəsi barədə razılıq əldə ediblər.Fransa bu sənədin həftənin sonlarında təhlükəsialik .urasında səsə qoyulmasına çalışır.Fransa prezidenti Francois Hollande həmçinin Rusiya ilə ABŞ arasındakı razılaşmaya işarə edərək bildirib ki, Suriya rejiminə hərbi zərbə variantı açıq olmalıdır.

Qeyd edək ki, Rusiya bundan əvvəl Suriyadakı kimyəvi silahların beynəlxalq nəzarətə verilməsini təklif edib.Məqsəd Suriyaya xaricdən hərbi müdaxilədən qaçmaqdır.

ABŞ prezidenti Barack Obama Suriya rejiminin avqustda üsyançılarla döyüşdə kimyəvi silah işlətməsi və yüzlərlə adamın ölməsi barədə Vaşinqtonda sübutlar olduğunu deyir.Suriya rejimi ittihamı rədd edir.

Qeyd edək ki, Rusiyanın təklifini rəsmi Dəməşq də qəbul edib.
XS
SM
MD
LG