Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:02

İnancı yolunda öldürülən Tahirə Qurrətuleyn


-

Bir müddət əvvəl "Səfəvilər" kitabı mətbuatda müzakirələrə səbəb olmuş yazar Güntay Gəncalp oxuculara yeni kitabını təqdim edib.

Əslən İran Azərbaycanından olan, hazırda Finlandiyada yaşayan G.Gəncalpın "Babilik və Tahirə Qurrətuleyn" kitabı "Qanun" nəşriyyatında çap edilib.

Nəşriyyat kitabı belə tanıdır:

"Kitabda XIX əsr Qacar tarixi və sosial durumu incələnib, dini təriqətlərin ortaya çıxdığı ictimai və məzhəbi mühit araşdırılıb.

XIX əsrdə ən önəmli təriqət hərəkəti olaraq böyük məzhəbi, siyasi, hərbi və sosial çalxantı yaradan şey­xilik və babilik o dönəmin qaynaqlarına dayanaraq təd­qiq edil­ib.

Babi hərəkətinin ən önəmli qadın mütəfəkkiri olan Tahirə Qurrətuleynin həyatı, dünyagörüşü, şeyxi və babi hərəkətlərinə qatılması, bu yolda göstərdiyi fəaliyətlər və ən sonda da öz inancı yolunda öldürülməsi ayrıntılı bil­gilərlə açıqlanıb.

XIX əsr tarixin sosiologiyasını, şey­xi­lik, kəşfiyəlik və babiliyi tədqiq edən bu kitab oxucuya yeni bilgilər təqdim etməkdədir.

Kitab XIX əsrdə siyasi, dini, so­sial və sinfi durumu təsvir edərək, günümüz və gələcək üçün ibrətverici və düşündürücü nəticələrə varmaqdadır".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG