Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:24

Cəmil Həsənli xalqa güvəndiyini deyir


Cəmil Həsənli
Cəmil Həsənli
-
“Avtoritar rejimdə demokratik seçkidən danışmaq təəccüb və gülüş doğurur”

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli sentyabrın 15-i baş tutan müşavirədə belə deyib.

Prezidentliyə namizəd Cəmil Həsənlinin kampaniyası ilə bağlı müşavirə Müsavat Partiyasının qərargahında keçirilib. Müşavirədə seçki qərargahı qarşısında duran vəzifələr, seçki təbliğatı və 22 sentyabra təyin olunmuş mitinqə hazırlıq məsələləri müzakirə olunub.

Prezidentliyə namizəd Cəmil Həsənli çıxışında yalnız xalqa güvəndiklərini deyib:

“Çünki xalq bu rejimdən bezib. Prezident İlham Əliyevin standart və deklarativ xarakterli sözlərindən başqa, bu xalqa söyləməyə sözü yoxdur”.

Cəmil Həsənli onu da deyib ki, İlham Əliyevin seçkilər ərəfəsində saatlarla TV-lərdə olması, maaşları seçki öncəsi artırmasi seçki qanunvericiliyinə ziddir:

Azərbaycanda prezident seçkisi bu il oktyabrın 9-dadır. Prezidentliyə iddialı 10 namizəd var. Sentyabrın 16-dan namizədlərin seçki təbliğatına start veriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG