Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:16

Batumidəki atışmada 3 nəfər yaralanıb


-
Sentyabrın 13-də Batuminin mərkəzində baş verən atışmada 3 nəfər yaralanıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə polisin bir avtomobili saxlayıb sənədlərini yoxlamaq istəyərkən baş verib. Bu zaman avtomobilin içərisində olan kişilərdən biri tapançadan atəş açaraq polisi və yaxınlıqdan keçən mülki vətəndaşı yaralayıb.

Polislər cavab atəşi ilə həmin şəxs yaralayıblar. Daha sonra avtomobildə olan digər iki də nəfər saxlanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Gürcüstan mediası polisə atəş açan şəxsin Çeçenistandan olduğunu bildirir.
XS
SM
MD
LG