Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:33

M.Məmmədquliyev: "Ermənistanla birbaşa dialoq görüş xətirinə olmamalıdır"


Mahmud Məmmədquluyev
Mahmud Məmmədquluyev
“Bakıyla Yerevan arasında birbaşa dialoq görüş xətrinə olmamalıdır”.Ermənistan mətbuatının məlumatına görə, bunu “Şərq Tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin Yerevanda keçirilən qeyri-formal iclasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

O qeyd edib ki, birbaşa dialoqa ciddi hazırlıq olmalı, ciddi məsələlər müzakirəyə çıxarılmalı və qərarlar qəbul olunmalıdır və bu prezidentlərdən asılıdır.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama bu günlərdə Azərbaycan və Ermənistan prezidentlərinə məktub göndərərək tərəfləri yaxın aylarda birbaşa dialoqa çağırıb.
XS
SM
MD
LG