Keçid linkləri

Təcili xəbərlər
2021, 07 May, Cümə, Bakı vaxtı 22:46

Tbilisi Moskvaya nota verib


David Zalkaliani
Gürcüstan Rusiyanın onun separatçı bölgəsi Cənubi Osetiya ilə sərhədlərin bölünməsi ilə bağlı razılaşma imzalamaq planına rəsmi etiraz bildirib.Xarici işlər nazirinin müavini David Zalkaliani bununla bağlı Tbilisidəki İsveçrə səfirliyi vasitəsi ilə Moskvaya rəsmi nota verildiyini bildirib.

Qeyd edək ki, 2008-ci ilin avqustundakı qısa müharibədən sonra Tblisi Moskva ilə diplomatik əlaqələri kəsib.

Rusiya bu müharibədən sonra Gürcüstanın separatçı bölgələri, Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyır.
XS
SM
MD
LG