Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:39

Suriya BMT-yə rəsmi ərizə verib


 Bashar al-Assad
Bashar al-Assad
BMT Suriyadan kimyəvi silahların qadağan edilməsi ilə bağlı beynəlxalq konvensiyaya qoşulmaq barədə ərizə aldığını bəyan edib. Bunu jurnalistlərə təşkilatın nümayəndəsi Farkhan Khak deyib.

Suriya prezidenti Bashar Assad bundan əvvəl Rusiya televiziyasına müsahibəsində ölkənin kimyəvi silahlarının beynəlxalq nəzarətə veriləcəyini vəd eləmişdi.

Qeyd edək ki, bu təklifi bu günlərdə Rusiya edib.Rusiyanın xarici işlər naziri Sergei Lavrovla ABŞ Dövlət katibi John Kerry bu gün Cebevrədə bu məsələni müzakirə eləməlidirlər. Lavrov Qazaxıstana səfəri zamanı bildirib ki, bu müzakirələrdə BMT və Ərəb Dövlətləri Liqasının nümayəndələri də iştirak edə bilər.

Təklifdə məqsəd Suriyaya hərbi müdaxilədən qaçmaqdır. ABŞ buna gərə Suriyaya qarşı hərbi planlarını dayandırmalı olub.
XS
SM
MD
LG