Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:55

Bertizlian: «Assad-in yerinə olsaydım, gedərdim, bir daha qayıtmazdım»


Mihran Bertizlian
Mihran Bertizlian
Mihran Bertizlian Suriya prezidenti Bashar Assadin xanımı Asma Assadın tərcüməçisi olub. O, Suriya münaqişəsinin qızğın vaxtında Suriyanı tərk edən yüz minlərlə adamdan biridir.

Qaçıb, Ermənistana gələn Bertizlian milliyətcə ermənidir.
Suriyanın Hələb şəhərindəndir. Suriyanın birinci ledisinin türk dili üzrə tərcüməçisi idi.

Bertizlian deyir ki, Suriyada intensiv döyüşlər onu ölkədən getməyə məcbur etdi.

Bertizlian Ermənistana 5 ay qabaq gəlib. Yerevanda Azadlıq Radiosunun erməni xidmətinə müsahibə verən Bertizlian deyir ki, Suriyanın hökumət qoşunları ilə üsyançılar arasında iki ildir ki, gedən döyüşlərdə onun doğma şəhəri Hələbdə evlər, məscidlər, bazarlar darmadağın olub.

Birinci ailəyə yaxın olmağına baxmayaraq Bertizlianı ölkəni tərk etməyə məcbur edən öz ailəsinin taleyindən qorxuya düşməsidir.

Beriizlian: “Vəziyyət pisləşənə qədər mən qaldım. Bombalar mənim evimin yanına düşürdü. Su və işıq yox idi. Bütün bunlara görə mən öz evimi, ölkəmi, sevdiyim şəhəri tərk etməli oldum”.

Bertizlian danışır ki, ölkəni tərk edəndə yol boyu meyitlərə rast gəlirmiş. O deyir ki, sərhədə gedən yollarda çoxlu meyitlər var.

MƏSULİYYƏTİ ASSADDƏ GÖRMÜR

Bertizlian baş verənlərə görə məsuliyyəti Bashar Assaddə görmür. O, əksinə, deyir ki, Bashar Assad və Asma Assad “gözəl insanlardır”. Keçmiş tərcüməçi hesab edir ki, prezident və xanımı Suriyanın rifahını istəyirlər və bu işə dərindən sadiqdirlər.

Suriyada kimyəvi hücumu kim edib?
Hamını maraqlandıran bu suala cavabında Bertizlian hesab edir ki, burda heç bir Suriya liderinin əli yoxdur.

Avqustun 21-də Dəməşq yaxınlığında kimyəvi hücumda 1400 adam ölüb. ABŞ hökuməti və insan haqları təşkilatları bu hücumu Bashar Assad hökumətinin təşkil etdiyinə çox əsaslı dəlilləri olduğunu bildirirlər.

Keçmiş tərcüməçi Bertizlian isə təkid edir ki, bu hücum haqda bilgilər çox azdır.
Bertizlianın dediyinə görə, Suriya münaqişəsinin kökləri Assad hökumətinin siyasətindən çox, Ərəb ölkələri boyunca hökumətlər əleyhinə üsyanları Qərbin dəstəkləmək cəhdindədir.

"DEMOKRATİYA LAZIMDIR"

Assad ailəsini müdafiə etsə də, Bertizlian bununla belə, etiraf edir ki, Suriyaya daha çox demokratiya lazımdır və onun özü Suriyada demokratik inqilabı dəstəkləyərdi, bir şərtlə ki, bu inqilabı suriyalıların özləri etsə.

Bertizlian deyir ki, Suriyada vuruşan üsyançı qoşunlar xarici yaraqlılarla doludur. Onları Suriya yox, islam maraqlandırır.

Bertizlian: “Mən suriyalıların özlərinin etdiyi inqilabı görmək istərdim. Bu inqilab qismən suriyalılar tərəfindən başlanıb, ancaq bu daha Suriya inqilabı deyil. Suriya inqilabına xristianlar, kürdlər, bütün etnik qruplar qoşulardı. Mənim fikrimcə, bu, Suriyada istehsal olunmuş inqilab deyil.”

Bertizlian Suriyada olanda xarici islamçı yaraqlılarla tez-tez söhbət etdiyini deyir. O bildirir ki, xarici yaraqlıların bir məqsədi var: Assadı devirmək. Yaraqlılar Assadi İsrailpərəst hesab edirlər. Yaraqlıların sön məqsədi isə Qüdsü azad etməkdir.

"OBAMA SAĞ OLSUN"

Bertizlianın fikrincə, Barack Obama və digər Qərb liderləri regionun etnik, dini və siyasi reallıqlarını kifayət qədər dərindən başa düşmürlər.

Bertizlian: “Suriyalılar bir-birinə kömək edəndir. Onlar istəsə, Assadi devirər, istəsə saxlayar. Obama sağ olsun, ancaq bizim özümüzə imkan verilsin ki, nə edəcəyimizi biz özümüz seçək. Bu işdə siz bizə yardımçı deyilsiniz. Yaxın Şərq çox fərqli yerdir. Burda çoxlu mədəniyyətlər, dillər, dinlər var. Obama bizi başa düşə bilməz. O bizə kömək etmək istəyir, ancaq bizim köməyə ehtiyacımız yoxdur”

Bertizlian deyir ki, Qərbin hərbi zərbəsi erhtimalı artıqca, suriyalılar ölkədən qaçır. Onlar əsasən Türkiyəyə və Livana gedirlər.

Bununla belə, Bertizlian Qərbin Suriyaya hərbi zərbə endirəcəyinə inanmır.


Assad barədə isə Bertizlian deyir ki, Bashar Assad hakimiyyətdə qaldıqca, onun həyatı risk altındadır.

Bertizlian: “Mən onun yerinə olsaydım, ölkədən gedərdim və bir daha ora qayıtmazdım”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG