Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 05:12

N.Khrushov: "İndiki nəsil sovet adamları kommunizmdə yaşayacaqlar"

Bu və digər qanadlı sözlərin müəəlifi Sovet rəhbəri Nikita Khrushov 60 il əvvəl hakimiyyətə gəldi. Kommunizm ideyalarına sadiqlik nümayiş etdirən Khrushov tarixə Stalinizmin, şəxsiyyətə pərəstişin tənqidi ilə düşdü. Sovet tarixinin bu dövrünə "mülayimlik" (оттепель) illəri də deyirdilər. Onun rəhəbrlik etdiyi illərdə xam torpaqların becərilməsi, kosmosun fəthi kimi böyük proqramlar həyata keçirilirdi. Amma ölkə xaricində Khrushov həm də Berlin divarının tikilməsinə göstəriş vermiş, 1956-cı ildə Macarıstanda etirazıalrı qəddarlıq yatırmış, Kubada raket böhranı zamanı dünyanı müharibəyə astanasına qədər sürükləmiş bir lider kimi tanınır. 1964-cü ildə Kremldaxili çevrilişdən sonra onu hakimiyyətdə Leonid Brejnyev əvəz etdi. 1971-ci ildə ölümünə qədər Khrushov sakit təqaüdçü həyatı yaşayaraq xatirələrini yazmaqla məşğul oldu.

Davamı

Bölmələr

XS
SM
MD
LG