Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:44

Azərbaycan universitetləri dünya reytinqində


MİT - Massaçusets Texnologiya İnstitutu dünyanın ən yaxşısıdır.
MİT - Massaçusets Texnologiya İnstitutu dünyanın ən yaxşısıdır.
ABŞ-dakı Massaçusets Texnologiya İnstitutu (MİT) dünyanın ən yaxşı universitetidir. Harvard Universiteti ikinci, Kembric isə 3-cü sıradadır.


ABŞ VƏ BRİTANİYA ÖNDƏ

QS Quacquarelli Symonds şirkətinin hər il tərtib elədiyi 3000 təhsil məktəbi siyahısında ABŞ və Britaniya universitetləri ön sıralarda gedir.

İlk onluqda Britaniyanın 4 məktəbi var. Kembric 3-cü, London Universitet Kolleci 4, İmperial Kollec 5, və Oksford 6-cı sıradadır.

Ilk onluqda növbəti yerləri ABŞ-dan Stanford, Yale, Çikaqo, Kaliforniya Texniki Universiteti və Prinston Universitetləri tutur.


ƏN YAXŞI ALİ MƏKTƏBLƏR HARADADIR?

Ümumilikdə 200 ali məktəb arasında 51 ABŞ, 29 Britaniya, 8 Çin, 13 Almaniya, 11 Hollandiya, 10 Avstraliya, 9 Yaponiya, 9 Kanada, 8 Koreya, 7 İsveçrə, 6 Belçika, 5 Fransa, 3 Sinqapur, 2 İtaliya, 3 İspaniya, 2 Çexiya universiteti var.

İLK 200 ARASINDA ANCAQ RUSİYA

İlk 200 universitet arasında Azərbaycanın qonşuları və post sovet məkanından bu siyahıda ancaq bir universitet var – Moskvadakı Lomonosov adına Moskva Dövlət Universiteti, o da 120-ci sırada.


AZƏRBAYCAN UNİVERSİTETLƏRİ

Azərbaycan ali təhsil məktəblərindən ancaq 3-ü 3 min ali məktəb arasına düşüb. Xəzər və Qafqaz Universitetləri 651-700-cü sıralarda, Bakı Dövlət Universiteti isə 701-ci sırada yer alıb.

AZƏRBAYCANIN QONŞULARINDA ALİ TƏHSİL

Ermənistan və Gürcüstanın heç bir ali məktəbi 3 minlik siyahıya düşməyib.

Türkiyədən 9 Universitet 3 minlik siyahıdadır. Bilkent Universiteti və Orta Şərq Texniki Universiteti 431-ci yerdədir.

İrandan Şərif Texnologiya Universiteti və Tehran Universiteti Azərbaycan ali məktəblərindən bir az öndə, 601-650-ci sıralarda yerləşir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG