Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 21:32

Azərbaycan və Rusiya daxili işlər nazirlikləri arasında protokol imzalanıb


Ramil Usubov
Qazaxıstanın paytaxtı Astanada çərşənbə axşamı MDB ölkələri daxili işlər nazirləri şurasının iclası keçirilib.

İclas çərçivəsində Rusiya və Azərbaycanın daxili işlər nazirlikləri arasında qarşılıqlı fəaliyyət barədə protokol imzalanıb. Sənəddə nəqliyyat infrastrukturu obyektləri də daxil olmaqla, qanunsuz silahlı birləşmələr, terror və digər ekstremist hərəkətlərə qarşı birgə tədbirlər nəzərdə tutulur.

Məlumatı RİA-Novosti yayıb.
XS
SM
MD
LG