Keçid linkləri

2017, 26 May, Cümə, Bakı vaxtı 03:56

Fransa BMT-yə Suriya ilə bağlı qətnamə layihəsi göndərir


Laurent Fabius
Fransa BMT-nin təhlükəsialik şurasına Suriya ilə bağlı qətnamə layihəsi göndərəcək.Sənəddə Suriyanın kimyəvi silah proqramı barədə məlumat verməsi, onu beynəlxalq nəzarətə verməsi və məhv etməsi tələb olunur.Bunu çərşənbə axşamı Fransanın xarici işlər naziri Loran Fabius bəyan edib.

Rusiya bundan bir gün əvvəl Suriyanı kimyəvi silahlarını beynəlxalq nəzərətə verməyə çağırıb və hazırda bununla bağlı konkret plan üzərində işləyir.Suriya hökuməti təklifi müsbət qarşılayıb.Həmçinin bunu müsbət qarşılayan ABŞ hökumətiu bu təklifi nəzərdən keçirir.Məqsəd Suriyaya xaricdən hərbi zərbədən qamaqdır.

ABŞ və bir sira qərb ölkələri Suriya rejimini üsyançılarla döyüşdə kimyəvi silah işlətməkdə günahlandırır. Suriya hökuməti ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG