Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Aprel, Cümə, Bakı vaxtı 23:59

Rusiyada azərbaycanlılardan ibarət mütəşəkkil qrupun üzvləri saxlanıb


Foto arxiv
Rusiya xüsusi xidmət orqanlarının Moskva vilayəti ərazisində keçirdiyi əməliyyat nəticəsində əslən azərbaycanlılardan ibarət mütəşəkkil qrupun üzvləri saxlanıb.

Onlardan biri, cinayət aləmində “Gəncəli Rafo” kimi tanınan 33 yaşlı şəxsdir.
Məlumatı Moskva Vilayət Daxili İşlər İdarəsi yayıb.İstintaq onun ötən il Moskvada qətl törətdiyini və federal axtarışda olduğunu bildirir.

Saxlanarkən onun üstündən Daşkəsən şəhər sakini adına saxta Rusiya pasportu çıxıb.
XS
SM
MD
LG