Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:08

Azərbaycan xarici işlər nazirinin müavini Yerevana gedir


Mahmud Məmmədquliyev
Mahmud Məmmədquliyev
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bu həftə Yerevana gedəcək.APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev məlumat verib.

Məqsəd sentyabrın 12-13-də “Şərq Tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin Yerevanda keçiriləcək 3-cü qeyri-formal iclasına qatılmaqdır.

Toplantıda Azərbaycanın Avropa Birliyindəki səfiri Fuad İskəndərov da iştirak edəcək.

İclas “Şərq Tərəfdaşlığı” Proqramının noyabrda Vilnüsdə keçiriləcək sammitinə son hazırlıq məqsədilə keçirilir.
XS
SM
MD
LG