Keçid linkləri

Təcili xəbərlər
2021, 29 İyul, Cümə axşamı, Bakı vaxtı 13:23

Tolstoyun əsərlərini İnternetdən pulsuz yüklə


Lev Tolstoy, 1856
-

Sentyabrın 9-u böyük rus yazıçısı Lev Tolstoyun (1828-1910) doğum günüdür.

Hazırda onun əsərlərinin elektron variantının İnternetə yüklənməsi və pulsuz olaraq oxucular üçün əlyetərli edilməsi layihəsi reallaşdırılır.

Böyük yazıçının özü ölməmişdən əvvəl vəsiyyət etmişdi ki, əsərləri xalqın malı, ictimai mülkiyyət olsun.

tolstoy.ru saytına artıq yazıçının əsərlərinin 3 cildi yüklənib (Burdan yüklə)

Bura Tolstoyun, hərbi xidmət keçdiyi Qafqaz haqda da bir neçə əsəri daxildir. Əsərlərin müxtəlif variantları yazıçının onları çap etdirmək üçün senzorlara hansı güzəştlərə getdiyini göstərir.

Ümumilikdə isə sayta 90 cild qoyulacaq. Həmin 90 cildlik 1928-58-ci illərdə çap edilib.
XS
SM
MD
LG