Keçid linkləri

2017, 22 Fevral, çərşənbə, Bakı vaxtı 15:00

İranda azərbaycanlı jurnalist azadlığa buraxılıb


-
Azərbaycanlı fəal, jurnalist Həsən Ərk 9 ay həbsdə saxlandıqdan sonra azadlığa buraxılıb.

Mediaforum saytı bildirir ki, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Həsən Ərki 2012-ci ilin dekabr ayında tutmuşdu.

Təbriz məhkəməsi Həsən Ərki ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, xarici radiolara müsahibə verməkdə və Urmiya gölünün qurumasına qarşı toplantıya qatılmaqda günahlandıraraq 9 ay azadlıqdan məhrum etmişdi.

Həsən Ərkin həbsdə saxlandığı müddətdə fiziki baxımdan xeyli zəiflədiyi, müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG