Keçid linkləri

Təcili xəbərlər
2021, 07 May, Cümə, Bakı vaxtı 21:33

Abxaziyada rus məmuru güllələnib


-
Məlumatı Suximi polisi yayıb.
Məlumatda deyilir ki, naməlum şəxs Rus konsullunun birincin katibi 36 yaşlı Dmitry Vishnerevə atəş açıb. Hadisə sentyabrın 9-da səhər saatlarında baş verib.
Dmitry Vishnerev maşından düşüb işə gedərkən güllələnib. O, aldığı yaralardan ölüb.
Konsul katibinin arvadı da maşında olub, amma o, yaralanmayıb.
Başqa detallar haqqında məlumat verilmir.
Rusiya Gürcüstandan ayrıldığını və müstəqilliyini elan edən Abxaziya və Cənubi Osetiyaya hərbi və siyasi dəstək verir.
Rusiya ilə Gürcüstan arasında 2008-ci ildə qısa müharibə olub.
XS
SM
MD
LG