Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 13:43

Yaponiya ikinci dəfə Olimpiya oyunlarına ev sahibliyi edəcək


Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jacques Rogge 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının paytaxtının adını açıqlayan zaman

-
2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının paytaxtı Tokio seçilib. Beynəlxalq Olimpiya Komitəsinin sentyabrın 7-də Argentina paytaxtında keçirdiyi səsvermənin nəticələri belədir.
Yaponiya paytaxtının rəqibləri İspaniya paytaxtı Madrid və Türkiyənin İstanbul şəhəri idi.
BOK üzvlərinin səsverməsi zamanı Tokio 60, onun ciddi rəqibi sayılan İstanbul 36 səs alıb.
Yada salaq ki, Azərbaycan da 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarını qəbul etməyə iddialılar sırasında idi. Amma o elə ilkin mərhələdə kənarda qaldı.
Tokio Olimpiadanı ikinci dəfə qəbul edəcək. İlk dəfə o 1964-cü ildə Olimpiya Oyunlarına ev sahibliyi edib.
2016-cı ilin olimpya oyunları Braziliyanın Rio-de-Jeneyro şəhərində keçirilməlidir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG