Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:44

Berti Vogts: " İsraillə müdafiə futbolu oynamayacağıq"


Berti Vogts
Berti Vogts
Azərbaycanın milli futbol komandası 2014-cü il dünya çempinatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də səfərdə İsrail yığması ilə qarşılaşacaq.

Baş məşqçisi Berti Vogts sentyabrın 6-da mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, o İsraildə müdafiə futbolu oynamayacaqlarını deyib.

" İsrail yığması güclü komandadır. Amma futbolçularıma inanıram. Rəqibin güclü hücumçuları var. Məhz buna görə, Rəşad Sadıqovdan çox şey asılı olacaq.
Mahir Şükürovdan isə təkcə hücumda yox, müdafiədə də fəallıq gözləyirəm. Kamran Bakıdakı oyunda yol verdiyi səhvi təkrarlamamalıdır.
Biz Burada müdafiə futbolu oynamaq fikrində deyilik. Sabahkı oyunda bizim də şansımız var".
XS
SM
MD
LG