Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:41

Hürufiliyə dair iki əsərin surəti əldə edilib


Foto: Arxiv
Foto: Arxiv
-

Əlyazmalar İnstitutu Məşhədin Astane-Qüdse-Rəzəvi kitabxanasından hürufiliyə dair iki əsərin surətini əldə edib

İnstitutun saytının verdiyi xəbərə görə, bu əsərlərdən biri hürufiliyin banisi Fəzlullah Nəimiyə aid edilən «Bəşarətnamə» risaləsinin türkcəyə tərcüməsidir.

İndiyə qədər tədqiqatçılar F.Nəiminin əsərləri arasında «Bəşarətnamə» əsərinin adını çəkməyiblər.

Sadə bir dildə, nəzmlə tərcümə edilmiş əsər əlyazmanın 30 vərəqinə köçürülüb.

Burada ərəb hərflərinin müqəddəsliyindən danışılır, Quran və hədislərdən istifadə edilməklə varlıq, insan və əşyaların hərflərdən yarandığı göstərilir.

Əsər bitdikdən sonra görkəmli Azərbaycan filosofu Şihabəddin Sührəverdinin ərəbcə yazdığı «Fütuhnamə» əsərindən kiçik bir hissə verilib.

İkinci əsər Xeyrəti adlı hürufi şairin 20 əlyazma kitabı vərəqinə köçürülmüş şeirlərindən ibarətdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG