Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:20

Pakistanda Hakkani qrupunun 6 üzvü öldürülüb


Foto arxiv
Foto arxiv
Pakistanın Şimali Vəziristan əyalətində Hakkani qrupunun 6 üzvü öldürülüb.Döyüş komandiri Molla Sangin Zadran da onların arasındadır.

Əməliyyatı ABŞ-ın pilotsuz təyyarəsi keçirib. Zərbə yaraqlıların Qulam Xan kəndindəki düşərgəsinə vurulub.

Bu kənd Əfqanıstanla sərhəddə yerləşir.

Zadran 2011-ci ildən ABŞ-ın qara siyahısına düşmüşdü. Hakkani qrupu əl Qaida ilə əlbirdir.
XS
SM
MD
LG