Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:47

15 il sonra evinə dönən türkmən jurnalistin çəkdikləri

AzadlıqRadiosunun Türkmənistan xidmətinin əməkdaşı Yovshan Annagurban 1997-ci ilin oktyabrında jurnalistikaya dair bir beynəlxalq konfransda iştirak etmək üçün ölkədən çıxarkən Aşxabadda beynəlxalq hava limanında saxlanmışdı. Onu gizli sənədləri ölkədən çıxarmaq ittihamı ilə tutub 2 həftə həbsdə saxladılar. Yalnız beynəlxalq qalmaqaldan sonra onu azad etdilər. Bundan sonra ölkəni tərk etmək qərarına gələn jurnalist az sonra Moskvaya gedib. Xanımı və 3 uşağı da Moskvaya gedəndən sonra ailə Norveçə qaçıb. Annaqurban bir də 15 ildən sonra - 2013-cü ilin avqustunda ölkəsinə dönərək yaxınları ilə görüşə bilib. Son 15 ildə bu ölkədə nələr dəyişib, nələr olduğu kimi qalır? Jurnalist çəkdiyi fotolarda bu suallara cavab verməyə çalışır.

Davamı

Bölmələr

XS
SM
MD
LG