Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 19:23

AŞPA-nın seçkiqabağı müşahidə missiyası Azərbaycana gəlir


Avropa Şurasının loqosu
-
Sentyabrın 11-13-də Avropa Şurası Parlament Assambleaysının seçkiqabağı müşahidə missiyası Azərbaycana gələcək.
Avropa Şurasının məlumatına görə, Robert Walterin rəhbərlik etdiyi 7 deputatdan ibarət nümayəndə heyəti seçkiqabağı vəziyyəti qiymətləndirəcək.
Nümayəndə heyəti prezident İlham Əliyev, prezidentliyə namizədlər, Milli Şuraya daxil olan müxalifət partiyalarının nümayəndələri ilə görüşlər keçirəcək.
Bundan başqa Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvləri, MSK sədri, QHT və media nümayəndələri ilə görüşəcək.
Nümayəndə heyəti səfərin nəticələri ilə bağlı hesabatla çıxış edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG