Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 21:06

Misirin daxili işlər nazirinə sui-qəsd edilib


Foto arxiv
Misirin daxili işlər naziri Muhammad İbrahimə sui-qəsd edilib.Hücum nazir işə gedərkən törədilib.

Nazirliyin binası ətrafında dayanmış motosikletə 3 partlayıcı qoyulubmuş.Partlayış nəticəsində 6-dək cangüdənin yaralandığı, bir neçə maşına ciddi xəsarət dəydiyi bildirilir.

İslamçılar naziri iyunun 3-də baş verən hərbi çevrilişdən sonra yüzlərlə etirazçının ölümündə günahlandırırlar. Devrilmiş prezident Muhammad Morsi “Müsəlman qardaşları” hərəkatını təmsil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG