Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:41

Azərbaycanın radio və tele- kanallarında monitorinqə başlanıb


-
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar və İctimai Elmlər Bölməsinin yaydığı məlumata görə, yerli radio və televiziya kanallarında monitorinqin aparılması üçün mütəxəssislərdən ibarət işçi qrupu yaradılıb.

Monitorinq Azərbaycan dilinin tələblərinin pozulma hallarının müəyyənləşdirilməsi üçün aparılacaq.

İşçi qrupu «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»nın icrası üçün məsul qurumların nümayəndələrindən təşkil olunub.

Monitorinqin sentyabrın sonunacan aparılması nəzərdə tutulub.
XS
SM
MD
LG