Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 09:45

Iran səfiri: “İranla Azərbaycan Nizami məsələsində razılığa gəlməlidir”


İtaliya - Nizami Gəncəviyə qoyulmuş heykəl: Azərbaycan şairi kimi. Villa Borghese parkı, Roma
İtaliya - Nizami Gəncəviyə qoyulmuş heykəl: Azərbaycan şairi kimi. Villa Borghese parkı, Roma
-

“Nizami Gəncəvi İranla Azərbaycan xalqı daxil olmaqla bəşəriyyətin ortaq mədəniyyət mirasıdır”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

Onun sözlərinə görə, Nizami Gəncəvi hər iki xalqın dostluq mövzusudur və ixtilaf məsələsinə çevrilməməlidir: “İranla Azərbaycanın bu ortaq mədəniyyət simvolunun qorunması üçün ortaq bir nöqtədə razılaşması lazımdır”.

Qeyd edək ki, Gəncə şəhərində yerləşən Nizami Gəncəvinin məqbərəsində fars dilindəki kitabələrin qaldırılaraq Azərbaycan dilindəki kitabələrlə əvəzlənməsi İranda narazılıqla qarşılanıb.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG