Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:33

Həbsxanadan İlham Əliyevə dəstək məktubları...


-
Sentyabrın 4-də çap edilmiş qəzetlərin icmalı:
Azərbaycanın Serbiyada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov həmin ölkədə mənzillənən «CorD» jurnalına müsahibə verib. «Media forum» portalı müsahibəni dərc edib:
Eldar Həsənov
Eldar Həsənov
«Prezident seçkilərindən nə gözləyirsiniz və Sizin fikrinizcə, bu postu tutmağa kim daha çox şanslıdır?» sualına cavabında Eldar Həsənov əminliyini bildirib ki, «bu günəcən qeydiyyatdan keçmiş on beşdən artıq namizəd arasında Azərbaycan xalqının hazırkı prezidentə- son 10 ildə ölkədə siyasi sabitliyi, yüksək iqtisadi inkişafı təmin edən, infrastrukturun modernləşməsini, yeni texnologiyaların tətbiqini uğurla həyata keçirən İlham Əliyev cənablarına inamı son dərəcə yüksək və mən deyərdim ki, müqayisəyəgəlməzdir. Xalq məhz o şəxsə etibar edəcək ki, bütün bu çətin illərdə onun etimadını doğruldub, əhalinin sosial problemlərini uğurla həll edib və həll etməkdə davam edir, xüsusən də qaçqınlarla əlaqədar olan həlli vacib problemləri və ölkənin ərazi bütövlüyü məsələsini həll etmək iqtidarındadı».
QƏRƏZLİ QURUMLARIN HESABATLARININ AZƏRBAYCAN ÜÇÜN ƏHƏMİYYƏTİ YOXDUR
«Azərbaycan» qəzeti yazır ki, bu günlər «Human Rights Watch» təşkilatının Azərbaycanla bağlı yaydığı hesabat antiazərbaycançı şəbəkənin fəaliyyətinin nəticəsidir. Bu məsələyə münasibət bildirən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlının sözlərinə görə, Azərbaycanın 1993-cü ildən, xüsusilə də son illər ərzində durmadan dünyada artan nüfuzu, müstəqil xarici və daxili siyasəti ölkəmizi istəməyən, onun uğurlarını gözü götürməyən dairələri hər zaman narahat edib, qıcıqlandırıb... Həmin dairələr antiazərbaycan kampaniyasında bir çox hallarda, təəssüflər olsun ki, onlarla sinxron fəaliyyət göstərən radikal müxalifətdən öz məqsədləri üçün istifadə etməyə, onlardan yararlanmağa çalışırlar... Bu baxımdan «Human Rights Watch» kimi mənasız, əsassız, uydurma məlumatlar yayan təşkilatların antiazərbaycan mövqeli qrupların maraqlarına xidmət etdiyini deyən Mübariz Qurbanlı əlavə edib ki, onların yaydığı məlumatların mənbələri sübhəli, birtərəfli və yoxlanılmamış olur: «Ona görə bu tipli təşkilatların ölkəmizə qarşı yaydığı böhtanların Azərbaycanın ictimai rəyinə, beynəlxalq aləmdə imicinə heç bir təsiri yoxdur».
«SEÇİCİLƏRİN 70 FAİZİ HÖKUMƏTİN DƏYİŞMƏSİNİ İSTƏYİR»
Milli Şura üzvü, Turan agentliyinin direktoru Mehman Əliyev «Azadlıq» qəzetinə müsahibə verib.
Mehman Əliyev
Mehman Əliyev
Mehman Əliyevin sözlərinə görə, «Adam» sorğu mərkəzinin keçirdiyi son sorğu da göstərdi ki, sorğuda iştirak edən min nəfərdən 70 faizi seçkilərə getməyə hazırdır. Bu çox böyük rəqəmdir. Bu da cəmiyyətdə vətəndaşların, seçicilərin fəallağının göstəricisidir. İkinci çox mühüm məsələ ondan ibarətdir ki, sorğuda iştirak edənlərin böyük əksəriyyəti, 70 faizi hökumətin dəyişməsini istəyirlər. Seçicilərin 70 faizi seçkilərə məhz hakimiyyətin dəyişməsi üçün gedir. Üçüncü məsələ ondan ibarətdir ki, sorğuda iştirak edənlərin 60 faizdən çoxu səslərini müxalifətin namizədinə vercəyini deyib. Bu sorğu keçiriləndə hələ vahid namizəd qeydə alınmamışdı. Bu gün artıq o proses gedir. Ayrı-ayrılıqda Əli Kərimli, İsa Qəmbər, Rüstəm İbrahimbəyov toplam olaraq 60 faizdən yuxarı səs yığmışdı. Bu gün bütün bu səslər Cəmil Həsənlinin üzərində cəmləşib».
İLHAM ƏLİYEVƏ DƏSTƏK
«Yeni Müsavat» qəzetinin yazdığına görə, ötən həftə üç siyasi məhbusun ölkə başçısı İlham Əliyevə dəstək bəyanatları yayıldı. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, Sabirabadda tutulan fəal İlham Əmiraslanovun və «Tolışi sədo» qəzetinin baş redaktoru Hilal Məmmədovun məktubları üzə çıxdı. Hüquq müdafiəçilərinin fikrincə, analoji məktubların yazılması istiqamətində bütün siyasi məhbuslarla danışıqlar aparıla bilər. Amma əfv fərmanı gözlənilmir.
Helsinki Vətəndaşlıq Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva «Bizim Yol»a deyib ki, geniş əfv fərmanı olmasa da, ayrı-ayrı şəxslərin azad edilməsi ilə bağlı qərar ola bilər. Hüquq müdafiəçisi məhkəməsi yekunlaşmayan H.Məmmədovun azad edilə biləcəyini istisna etməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG