Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:37

Milli Şuranın Seçki Fonduna 509 manat köçürülüb


-
Milli Şuranın yaratdığı Seçki Fonduna indiyə qədər 509 manat köçürülüb.

Bu barədə Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçki qərargahının rəhbəri Arif Hacılı məlumat verib.

Milli Şuranın Seçki Fondu ötən həftə yaradılıb.

Arif Hacılı avqustun 31-dən başlayaraq imza vərəqələrinin regionlara paylandığını söyləyib. Onun dediyinə görə, bəzi şəhər və rayonlarda imzatoplayanlara təzyiqlər olsa da, 2009-cu ildəki kimi onların saxlanması, qərargahlara basqınlar qeydə alınmayıb.

Seçki Qərargahının üzvü, AXCP Ali Məclisinin sədri Həsən Kərimov təmsil olunduğu partiyanın payına düşən 21 min imzanı topladığını bildirib.
XS
SM
MD
LG