Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 18:03
İranın keçmiş prezidenti Akbar Hashemi Rafsanjani Dəməşqi kimyəvi silah işlətməkdə ittiham edib.

Bundan əvvəl İran hökuməti KİV vasitələrində onun dediklərinin səhv yozduğunu bəyan eləmişdi.

Amma Bolaghnews.com saytının yaydığı video göstərir ki, Rafsanjani bunu ötən istirahər günləri Mazandaran əyalətində deyib.

Rəsmi Tehran avqustun 21-də törədilən kimyəvi hücuma görə üsyançıları günahlandırır.Qeyd edək ki, İran Suriya münaqişəsində prezident Bashar Assadın tərəfini saxlayır.

Rafsanjani çıxışında nüvə proqramına görə, İranın üzləşdiyi vəziyyətə də toxunub, ölkənin ona qarşı tətbiq edilmiş sanksiyalardan əziyyət çəkdiyini bildirib.

İranın ali dini lideri Ayatollah Ali Khamenei isə iqtisadi problemlərin Qərbin təzyiqiylə yox , administrativ səriştəsizliklə bağlı olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG