Keçid linkləri

Təcili xəbərlər
2021, 28 İyul, çərşənbə, Bakı vaxtı 04:20

«Rezin Ördək» Bakıya gələsi olmadı


«Rezin Ördək»
-
Hollandiya incəsənət xadimi Florentin Hofmanın hazırladığı “Rezin Ördək” əsərinin Bakıda gözlənilən təqdimatı təxirə salınıb.
Bu barədə sərgini təşkil edən YARAT Müasir İncəsənət Mərkəzinin fasebook səhifəsində məlumat verilib. Sentyabrın 5-ə planlaşdırılan sərginin təxirə salınmasının Bakıdakı küləkli hava ilə bağlı olduğu bildirilir.
«Əfsuslar olsun ki, küləkli hava və dalğalı dənizə görə bizi «Rezin Ördəyin» suya buraxılmasından çəkindirdilər. Bununla əlaqədər olaraq 4 sentyabr 2013 ildə Beynəlxalq Muğam Mərkəzində kecirilməsi planlaşdırılan, Florentin Hofmanın «Həyatdan da üstün» adlı mühazirəsi də təxirə salınır».
Tədbir baş tutsaydı «Rezin Ördək» 1 ay Bakı Bulvarında «üzəcək»di,
Adətən küçələrdə, meydanlarda, dəniz və okean sularında görünən Florentin Hofmanın əsərləri daha çox heyvanlara həsr edilib.
Onun əsərləri arasında nəhəng dovşana, ayına, itə, pinqivinə də rast gəlmək olar.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG