Keçid linkləri

2017, 26 İyul, çərşənbə, Bakı vaxtı 05:07

Elmar Məmmədyarov Böyük Britaniyaya gedib


Elmar Məmmədyarov
-
Sentyarın 3-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyaya işgüzar səfərə gedib. Bu barədə AzadlıqRadiosuna nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Səfər zamanı nazir Elmar Məmmədyarovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyq, parlamentin xarici əlaqələr və enerji məsələləri üzrə komitələrinin üzvləri və BP şirkətinin Baş icraçı direktoru Lamar Makkey ilə görüşləri nəzərdə tutulub.
Səfər çərçivəsində, həmçinin nazir Elmar Məmmədyarovun Londonda yerləşən Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunda çıxışı və Böyük Britaniyanın işgüzar dairələrinin nümayəndələri ilə görüşləri də planlaşdırılır.
Səfər sentybarın 5-ə qədər davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG