Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:23

Rüstəm İbrahimbəyov Ali Məhkəməyə üz tutub


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
Milli Şurasının sədri Rüstəm İbrahimbəyov MSK-nın onun prezidentliyə namizədliyini təsdiq etməməsinə görə, Ali Məhkəməyə kassasiya şikayəti verib.

Bu barədə Turan-a İbrahimbəyovun vəkili Fuad Ağayev bildirib. Qanuna görə, Ali Məhkəmə 3 gün ərzində şikayətə baxmalıdır.

Bundan əvvəl Apellyasiya Məhkəməsi İbrahimbəyovun eyni şikayətini təmin etməyib.

Xatırladaq ki, MSK oktyabrın 9-da Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini təstiq etməyib və buna əsas kimi onun Rusiya vətəndaşlığı olmasını göstərib.

Rüstəm İbrahimbəyov qərarı əsassız sayır. O Azərbaycanda əsas müxalifət qüvvələrinin birləşdiyi Milli Şuranın vahid namizədi idi.
XS
SM
MD
LG